Lionel Messi İspaniyanın 2-ci liqa klubu "Eldense"nin əsas sahibi olub. Fanat.Az xəbər verir ki, "Transfermarkt" artıq Messini klubun prezidenti kimi qeyd edib. "Eldense" klubu argentinalı futbolçunun komandanı aldığını rəsmən açıqlayıb. Sövdələşmə İspaniya Ali İdman Şurasının təsdiqindən sonra tam qüvvəyə minəcək. 39 yaşlı Messi klubun əvvəlki əsas səhmdarı olan Kolumbiya investisiya qrupunun sahib olduğu səhmləri əldə edib. Bununla da argentinalı futbolçu İspaniyada ikinci klubun əsas sahibi olub. Messi bu ilin aprelində İspaniyanın aşağı liqalarında çıxış edən "UE Kornelya"nı da almışdı. 1921-ci ildə yaradılan "Eldense" hazırda İspaniya çempionatının ikinci divizionunda mübarizə aparır. Klub mövsümün ilk 7 turundan sonra 4 məğlubiyyətlə turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. "Eldense" Messinin gəlişinin klubun idman, institusional və sosial inkişafına yönəlmiş uzunmüddətli layihənin başlanğıcı olduğunu bildirib. Əlisahib İbrahimli
Messi "qırmızı-göylər"in prezidenti oldu
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
20:14
06.10.2026
"Qarabağ"ın futbolçusu Kərbəladan şəhidlərimizi yad etdi
Azərbaycan futbolu
17:33
06.10.2026
"Şahdağ Qusar"ın idman direktoruna töhmət verildi
Azərbaycan futbolu
16:04
06.10.2026
"Oyunun gedişindən asılı olaraq, 1 xal da dəyərli ola bilər, amma "Səbail"lə matçda..." - "Karvan-Yevlax"ın kapitanı
Azərbaycan futbolu
14:17
06.10.2026
"Səbail"in futbolçusu uzun müddətə sıradan çıxdı