Məşhur azərbaycanlı idmançıHƏBS OLUNUB? - YENİLƏNDİ

Məşhur azərbaycanlı idmançıHƏBS OLUNUB? - YENİLƏNDİ

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb. Fanat.az publika.az-a istinadən bildirir ki, idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.

Onun saxlanmasına səbəb yol polisi ilə mübahisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun “Hummer” markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.

Beləliklə, Kamil Zeynalov polislə arasında yaşanan insident nəticəsində saxlanılıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov müğənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

12:29

"Tanınmış məşqçi Kamil Zeynalovun yol polisi tərəfindən saxlanılması barədə deyilənlər yalandır". Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında bildirib.

E.Zahidov yayılan məlumatların heç bir əsası olmadığını deyib. "Əslində Kamil Zeynalov “Hummer” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün Bakı şəhərə yol polisi tərəfindən saxlanılıb. Yol polisi hadisə yerində protokol tərtib edib. Qanuna uyğun olaraq avtomobil duracağa aparılıb. Lakin Kamil Zeynalov nə polis tərəfindən saxlanılıb, nə də Bakı şəhər Baş Polis İdarəsinə aparılıb”, - deyə Ehsan Zahidov bildirib.

Qurum rəsmisinin sözlərinə görə, Kamil Zeynalov ilə yol polisi arasında heç bir insident olmayıb. "Deyildiyi kimi Kamil Zeynalov heç bir polisə əl qaldırmayıb və müqavimət göstərməyib. Əslində belə hallar hər gün baş verir. Kimsə qanunsuz olaraq avtomobil idarə etdiyi üçün saxlanılır və maşın cərimə meydançasına aparılır. Yaxud yol qaydası pozduğu üçün cərimə olunur. Bəzən isə xəbərlər kimlərinsə təxəyyülünün məhsulu olaraq şişirdilir”.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Gülay Zeynalovanın həyat yoldaşıdır.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər