"Məncə, "Hekken"ə iki top fərqi ilə qalib gələcəyik" - Aslan Kərimov 

"Məncə, "Hekken"ə iki top fərqi ilə qalib gələcəyik" - Aslan Kərimov 

UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" oktyabrın 5-də İsveçin "Hekken" komandasının qonağı olacaq.

"Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi  Aslan Kərimovla əlaqə saxlayıb təmsilçimizin qrup mərhələsinin ikinci oyunu barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Birinci oyunda "Molde"yə qalib gələ bildik. Norveç təmsilçisinin qapımız qarşısında az sayda təhlükəli vəziyyət yaratdı və 3 xalı bir qolla qazandıq. Düşünürəm ki, "Hekken" "Molde" ilə müqayisədə güclü rəqib deyil. Norveç klubu daha təhlükəlidir. Bu matçda onların yeganə üstünlüyü öz meydanlarında oynamalarıdır. Bilmirəm onların meydanı sünidir, yoxsa təbii... Süni ot örtüyüdürsə, "Qarabağ" üçün belə qazon üzərində mübarizə aparmaq çətindir. Komandamız səfərdə qələbə qazanmaq üçün oyun üslubuna sadiq qalmalıdır. "Qarabağ" həmişə olduğu kimi bu dəfə də topu özündə saxlamağa çalışılacaq. Məncə, "Hekken" çox pressinq edən və rəqibin cərimə meydançasında təziq yaradan kollektiv deyil. Deməli, "Qarabağ" oyuna nəzarəti əlində saxlayıb rəqibin əks- hücumlarının qarşısını ala biləcək. Məncə, biz iki top fərqi ilə qalib gələcəyik. Yəni qaləbəyə tam əminəm".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər