Xarici işlər naziri Elmar Məmmədyarov Çempionlar Liqasında dünən keçirilən "Atletiko” - "Çelsi" oyunu (0:0) barədə danışıb. Fanat.az anspress.com-a xəbər verir ki, nazir bu barədə bu gün keçirilən mətbuat konfransında deyib.
Məmmədyarov "Atletiko”nun qələbə qazana bilməməsinə görə təəssüfləndiyini bildirib: “Ancaq 90 dəqiqə meydançada köynəklərində "Land of fire Azerbaijan" yazısı əks olunmuş futbolçular qaçırdılar”.
Nazir həmçinin bildirib ki, iki ölkə arasında münasibətlər təzə-təzə inkişaf edir. Bir çox sahələrdə ikitərəfli əlaqələrin qurulmasına səy göstərdiklərini deyən Elmar Məmmədyarov İspaniya ilə siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. O qeyd edib ki, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib.
Fanat.az