Mario Bojiç yenidən Azərbaycana qayıdır. Fanat.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın iddiasına görə, hazırda "Panaxaiki"də çıxış edən "Simurq"un sabiq üzvünün ölkəmizdən yeni təklif alıb. Lakin onun hansı klubun maraq dairəsində olması barədə məlumat verilməyib.
Qeyd edək ki, 2012/13 mövsümündə "Simurq"da 28 oyun keçirən bosniyalı futbolçu 6 qol vurmuşdu. Yayda Yunanıstanın "Panaxaiki" klubuna keçən 30 yaşlı yarımmüdafiəçi bu ölkədə 10 oyuna çıxıb və 3 dəfə fərqlənib. Yayda onu AZAL da heyətinə qatmaq istəyirdi.
Fanat.az