"Bayern Münhen"ə bu yay transfer olunan Sadio Mane yeni komandasında rəsmi debütünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, seneqallı ulduz Almaniya Superkuboku uğrunda matçda "Layptsiq"ə 5:3 hesabı ilə qalib gəldikləri matç haqda klubunun saytına danışıb:
“Əlbəttə, “Bayern” ilə ilk kubokumu qazandığım üçün çox xoşbəxtəm. İlk gündən bu böyük klubun bir hissəsi olduğum üçün sevinirdim. Əla oyunçuların yanında uyğunlaşmaq mənim üçün asan oldu. Həqiqətən xoşbəxtəm. Bu, böyük sevincdir. İndi yeni qələbələr gözləyirəm. Bundesliqada oynamaq doğru qərar idi".
Xatırladaq ki, Mane komandasının qələbəsinə 1 qolla töhfə verib.
Nihat