Makedoniyalı futbolçusu Mensur Kurtişi karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatına futbolçunun meneceri məlumat verib.
Həmkarlarımızın iddiasına görə, "Tobol"da çıxış edən futbolçu ölkəmizdən təklif alıb. Onu ölkəmizə gətirmək istəyən klubun adı açıqlanmır. Mensura Azərbaycanla yanaşı, Cənubi Koreya və Çindən də təkliflər var.
Qeyd edək ki, 27 yaşlı Mensur karyerası ərzində Avstriyanın "Parndorf" (2006-2008, 47 oyun, 24 qol), "Viener Neustadt" (2008-2010, 43 oyun, 9 qol), Səudiyyə Ərəbistanın "Əl-Taavon" (2010, 13 oyun, 4 qol), Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" (2010-2011, 12 oyun, 3 qol), Almaniyanın "Şknndiya" (2011, 14 oyun, 5 qol), Qazaxıstanın "Tobol" (2012-2013, 39 oyun, 12 qol) klublarında çıxış edib, 2010-cu ildə Makedoniya yığmasında iki oyun keçirib.
Fanat.az