Macarıstanda daha bir medal

Macarıstanda daha bir medal

Bədii gimnastika üzrə Azərbaycan milli komandasının daha bir üzvü Macarıstanda keçirilən "Gracia Fair Cup" beynəlxalq turnirində medal qazanıb.

Federasiyadan Fanat.Az-a verilən məlumata görə, Alina Məmmədova çoxnövçülük üzrə 3-cü yeri tutub.

Daha əvvəl Fidan Qurbanlı eyni növdə qızıl medal əldə edib.

Yığmanın digər üzvləri Şəms Ağahüseynova halqa ilə, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər