Liqa 1: "Renn" də öz meydanında coşdu, "Lans" da

Liqa 1: "Renn" də öz meydanında coşdu, "Lans" da

Fransa Liqa 1-də 11-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə 6 görüş reallaşıb.

“Tuluza” - “Havr” və “Brest” - “Olimpik Lion” qarşılaşmaları "quru" bərabərliklə başa çatıb. “Renn” evdə “Strasburq”u, “Lans” “Loryan”ı darmadağın edib, “Lill” “Anje”ni tək qolla üstələyib. “Nant” isə təmsil etdiyi şəhərdə  “Mets”ə boyun əyib.

Hazırda 24 xalı olan PSJ vahid liderdir. “Olimpik Marsel”i ilə “Lans”ın 22, “Lill”, “Olimpik Lion” və “Monako”nun 20 xalı var.

Fransa Liqa 1 11-ci tur 1 noyabr

Monako – Paris 0:1 Qol: M.Simon, 53.

PSJ – Nitsa 1:0 Qol: Ramuş, 90+4.

Oser – Olimpik Marsel 0:1 Qol: A.Qomes, 30.

2 noyabr

Renn – Strasburq 4:1 Qollar: Lepaul, 9; 48; 60. Meyte, 35 – Nanasi, 77.

Lans – Loryan 3:0 Qollar: Eduard, 6. Said, 77. Baydu, 89.

Lill – Anje 1:0 Qol: Korreya, 45+2.

Nant – Mets 0:2 Qollar: Abuaşvili, 82. Diallo, 89.

Tuluza – Havr 0:0

Brest – Olimpik Lion 0:0

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər