Lionel Messi sıradan çıxdı - Superulduzun oynamayacağı açıqlandı

Lionel Messi sıradan çıxdı - Superulduzun oynamayacağı açıqlandı

"İnter Mayami"nin hücumçusu Lionel Messi zədələnib.

Fanat.Az "Sportskeeda"ya istinadən xəbər verir ki, 36 yaşlı argentinalı komandasının MLS liqası çərçivəsində şənbə günü keçirəcəyi oyunu - "Di-Si Yunayted"lə səfər qarşılaşmasını buraxacaq.

Mayami təmsilçisinin baş məşqçisi Xerardo Martino faktı təsdiqləyib: "Onun sağ ayağında əzələ yüklənməsi aşkarlanıb. Risk etmək istəmirik. Hazırda Messinin müəyyən narahatlığı var. Şənbə günü böyük ehtimalla, meydana çıxmayacaq".

Xatırladaq ki, Messi ötən ilin yayından "İnter Mayami"nin uğurları üçün çalışır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər