Lionel Messi: "Qələbə ilə başlamaq istəyirdik"

Lionel Messi: "Qələbə ilə başlamaq istəyirdik"
Argentina millisi Amerika Kubokunun qrup oyunları çərçivəsində Çili ilə qarşılaşıb. 
Fanat.Az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. 
Matçdan sonra Argentina seçməsinin ulduz futbolçusu Lionel Messi oyunu dəyərləndirib. 
Ölkənin futbol federasiyasının rəsmi saytına danışan 33 yaşlı hücumçu "Oyun çətin keçdi. Topa nəzarət və sürətli oyun üçün komandada sakitlik çatmırdı. Penalti matçın gedişatını tamam dəyişdi. Qələbə ilə başlamaq istəyirdik. Qarşıda Uruqvayla oyunumuz var. Bu matçda da asan olmayacaq. Elə indidən etibarən qarşıdakı oyun barədə düşünməliyik", - deyə bildirib. 
Qeyd edək ki, A qrupunun digər oyunlarında Paraqvay Boliviyanı 3:1 hesabı ilə məğlub edib. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər