Lionel Messi Kamerunda - Dəqiqləşdi

Lionel Messi Kamerunda - Dəqiqləşdi

Bir aydı Lionel Messinin 2022-ci il Afrika Millətlər Kubokunun açılış matçında iştirak etmək üçün Kameruna gedib-getməyəcəyi ilə bağlı söz-söhbətə nöqtə qoyulub.

Fanat.Az xəbər verir ki, PSJ-nin argentinalı ulduzu yanvarın 9-da Afrikaya üz tutacaq.

O, dekabrın 11-də Kamerun Futbol Federasiyasının prezidenti seçilən Samuel Eto'Onun dəvətini qəbul edib. "Barselona"da Samuellə komanda yoldaşı olan Messi 33-cü Afrika Millətlər Kubokuna ev sahibliyi etməyə hazırlaşan Kameruna getmək üçün PSJ rəhbərliyinin razılığını ala bilib. 

Artıq Lionel Messinin yanvarın 9-da keçiriləcək PSJ - "Olimpik Leon" matçını buraxacağı açıqlanıb.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər