Lionel Messi het-trik etdi, azərbaycanlı hücumçunu geridə qoydu

Lionel Messi het-trik etdi, azərbaycanlı hücumçunu geridə qoydu

DÇ-2026-nın seçmə mərhələsinin 10-cu turu çərçivəsində evdə Boliviyanı 6:0 hesabı ilə məğlub edən Argentina millisinin superulduzu Lionel Messi yenu uğura imza atıb.

Fanat.Az xəbər verir ki, darmadağında 3 qol və 2 məhsuldar ötürmə ilə böyük pay sahibi olan 37 yaşlı Leo milli komandalar tarixinin ən yaxşı bombardirlərinin siyahısında 2-ci yerə yüksəlib. 

189-cu milli matçında hesabındakı qolların sayını 112-yə çatdıran Messi İran yığmasının sabiq azərbaycanlı forvardı Əli Daeini (109 qol) geridə qoyub. Hazırda Lionel yalnız Kriştianu Ronaldudan (133 qol) geri qalır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər