"Qarabağ" Hollandiya çempionatının güclülər dəstəsində yüksək yerlər uğrunda oynaya bilər". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Leroy Corc deyib.
Hollandiya mətbuatına danışan futbolçu Azərbaycan çempionatı barədə də danışıb: "Burada elə komandalar var ki, bütün oyunçuları ilə top saxlamağa oynayırlar. Bununla yanaşı, oyunlara azarkeşlik etməyə haradasa 50-dən çox məktəbli gəlir. Avrokuboklarda hər şey əksinə olur. Yaxşı rəqiblər gəlir və tribunalarda 20 min adam görmək olur".
Fanat.az