Leon Qoretska "Bayern Münhen"dən gedir?

Leon Qoretska "Bayern Münhen"dən gedir?

"Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretskanın Almaniya nəhəngindəki aqibətinin necə olacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən "Sky Germany"nin əməkdaşı Kerri Hau yayıb.

Xəbərə görə, Qoretska bu qış "Bayern"i tərk etmək niyyətində deyil və o, start "11-lik"də yer uğrunda rəqabət aparmağa davam edəcək. 

Xatırladaq ki, 28 yaşlı Qoretska 2018-ci ildən Münhen təmsilçisinin uğurları üçün çalışır. Cari mövsüm Almaniya Bundesliqasında 13 matça çıxan Leon 2 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər