Ldevandovski "Bayern Münhen"lə sosial şəbəkədə vidalaşdı

Ldevandovski "Bayern Münhen"lə sosial şəbəkədə vidalaşdı

Dünən "Barselona"ya keçdiyi elan edilən Robert Levandovski "Bayern Münhen" və azarkeşləri ilə sosial şəbəkədə vidalaşıb.

Fanat.Az xəbər verir ki, polşalı forvard belə yazıb:

"Komanda yoldaşlarıma və "Bayern"in bütün əməkdaşlarına təşəkkür edirəm. Bizi dəstəkləyən və titullar qazanmağımıza yardımçı olanlara da minnətdaram. Birlikdə nail olduqlarımızla qürur duyuram. Hər şeydən öncə azarkeşlərə "çox sağ olun" deməyi özümə borc bilirəm. Məhz siz klubun hər anında onun yanında olursunuz. Biz futbolçular komandada müvəqqəti qonaqlar kimiyik. "Bayern"də keçirdiyim 8 möhtəşəm ili qəlbimdə həmişəlik saxlayacağam".

Xatırladaq ki, Levandovski "Barselona"ya keçib. O, 3+1 illik müqaviləyə imza atıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər