ÇL: Benzema Londonda şou göstərdi, "Bayern Münhen" "Vilyarreal"a uduzdu

ÇL: Benzema Londonda şou göstərdi, "Bayern Münhen" "Vilyarreal"a uduzdu

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. 

Fanat.Az xəbər verir ki, gecənin maraqla gözlənilən görüşü İngiltərədə turnirin son qalibi “Çelsi” və “Real Madrid” arasında keçirilib. 

"Kral klubu" səfərdə inamlı qələbə qazanıb - 3:1. "Real Madrid"ə qələbəni het-trikə imza atan Kərim Benzema təkbaşına qazandırıb. Digər duel İspaniyada baş tutub. “Bayern Münhen” (Almaniya) səfərdə “Vilyarreal"la görşdən minimal hesablı məğlubiyyətlə ayrılıb - 0:1. 

Komandalar arasında cavab görüşləri aprelin 12-də olacaq.   UEFA Çempionlar Liqası, 14 final İlk oyunlar 6 aprel

"Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya) 1:3 Qollar: Xaverts, 40 - Benzema, 21, 24, 46 Baş hakim: Kleman Türpen (Fransa)   "Vilyarreal" (İspaniya) - "Bayern Münhen" (Almaniya) 1:0 Qol: Danjuma, 8 Baş hakim: Entoni Teylor (İngiltərə)   Qeyd edək ki, 1/4 finalın ilk iki oyununda İngiltərə təmsilçilərindən "Mançester Siti" evdə "Atletiko Madrid"ə 1:0 hesabı ilə qalib gəlib, "Liverpul" isə Portuqaliyada "Benfika"nı yenib - 3:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər