"Çelsi"nin yeni baş məşqçisi olacağı açıqlanan Antonio Kontenin ilk transferi İtaliyadan olacaq. Fanat.az xəbər verir ki, hazırda İtaliya millisini çalışdıran mütəxəssis "Roma"dan Miralem Pyaniçi hədəfə alıb.
Artıq "Çelsi"nin bu futbolçu üçün qarşı tərəfə təklif edəcəyi məbləğ də açıqlanıb. London klubu bosniyalı futbolçu üçün 35 milyon büdcə ayırıb.
Qeyd edək ki, Miralem Pyaniç 2011-ci ildə Lion "Olimpik"indən "Roma"ya 11 milyon avroya keçib. 27 yaşlı yarımmüdafiəçi cari mövsümdə 36 rəsmi oyuna çıxıb və 11 qol vurub.
Fanat.az