Konfrans Liqası: "Sabah" və "Qəbələ"nin mümkün rəqiblərinin sayı 4-ə endi

Konfrans Liqası: "Sabah" və "Qəbələ"nin mümkün rəqiblərinin sayı 4-ə endi

Azərbaycan klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Fanat.Az xəbər verir ki, püşkatma öncəsi “Sabah” və “Qəbələ”nin də mümkün rəqibləri 4-ə enib.

“Sabah” II raund səddini keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtullan” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər