"Milan"ın yeni baş məşqçisi rəsmən müəyyənləşib. Fanat.az xəbər verir ki, hollandiyalı futbol veteranı Klarense Zeedorf İtaliya klubu ilə müqavilə imzalayıb. Bu barədə “Milan”ın “Twitter” səhifəsində məlumat yerləşdirilib.
Zeedorf bu postda uğursuz nəticələr səbəbi ilə istefaya göndərilən Massimiliano Aleqqrini əvəzləyib. Onunla bağlanan sözləşmənin müddəti haqda məlumat verilmir.
Qeyd edək ki, Zeedorf 2002-2012-ci illər aralığında “Milan”ın şərəfini qoruyub. O, “rossoneri”lərin heyətində 2 dəfə ölkə çempionu tituluna sahib çıxıb, Çempionlar Liqasının, İtaliya Kubokunun, UEFA və İtaliya Superkubokunun, həmçinin klublar arasında keçirilən qitələrarası dünya çempionatının qalibi olub.
37 yaşlı futbol veteranı İtaliyada ilk açıqlamasını verib: "Elə bilirəm ki, heç "Milan"dan ayrılmamışdım. Mən bu şəhəri və klubu heç zaman tərk etmədim. Belə coşqu ilə qarşılanmaq həqiqətən çox önəmli idi. İki il əvvəl Slivio Berluskoni ilə gələcəyimi, yəni bu günü müzakirə etdik. Bu gün həyamıtın ən duyğusal anını yaşayıram. Hər şeyimi "Milan"a verəcəyimə əmin olun".
Fanat.az