KL: "Sabah" Bolqarıstanda 90+8-ci dəqiqədə üzüldü

KL: "Sabah" Bolqarıstanda 90+8-ci dəqiqədə üzüldü

Bu gün "Sabah" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Levski"nin qonağı olub.

Fanat.Az xəbər verir ki, "bayquşlar" Bolqarıstanda uğurlu nəticə qazanmağa çalışıblar.

Sofiyadakı "Georgi Asparuxov" stadionunda keçirilən görüşün start fiti saat 22:00-da səsləndirilib. Matçda ədaləti FİFA referisi Duye Strukanın başçılıq etdiyi xorvatiyalı hakimlər briqadası qoruyub.

90+8-ci dəqiqədə qol buraxan "Sabah" evə minimal hesablı məğlubiyyətlə qayıdıb.

Xatırladaq ki, avrokuboklara UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsindən başlayan, Sloveniya "Sele"sinə uduzaraq (2:3, 3:3) mübarizəni KL-də davam etdirmək məcburiyyətində qalan Azərbaycan Kubokunun son qalibi burada Moldova "Petrokub"una hər iki oyunda qalib gəlib - 2:0, 4:1. 

Tərəflər arasında cavab görüşü avqustun 14-də keçiriləcək. Bu cütün qalibi pley-offda "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası 3-cü təsnifat mərhələsi, ilk oyun 7 avqust

"Levski" (Bolqarıstan) - "Sabah" 1:0 

Qol: Rupanov, 90+8. Hakimlər: Duye Strukan, Alen Yakşiç, Maryan Tomas, Ante Terziç (hamısı Xorvatiya). Sofiya. "Georgi Asparuxov" stadionu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər