KL: "Çelsi" və "Fiorentina" 1/4 finalda

KL: "Çelsi" və "Fiorentina" 1/4 finalda

Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, cavab oyunlarının hamısı eyni günə təsadüf edib.

“Fiorentina” evdə “Panatinaikos”u, “Çelsi” isə “Kopenhagen”i məğlub edərək mərhələ adlayıb. “Betis” səfərdə “Vitoriya”nı darmadağın edərək istəyinə çatıb. “Yagelloniya” “Brügge”yə səfərdə uduzsa da, ilk oyundakı darmadağın sayəsində 1/4 finala yüksəlib.

UEFA Konfrans Liqası 1/8 finalın cavab görüşləri 13 mart

“Brügge” (Belçika) – “Yagelloniya” (Polşa) 2:0 Qollar: Van der Brüggen, 88. Felipe Auqusto, 50. İlk oyun – 0:3.

“Luqano” (İsveçrə) – “Çelye” (Sloveniya) 5:4 (penaltilər 1:3) Qollar: Belhad, 21. Kutsias, 42; 80. Dos Santos, 44. Dumbiya, 118 – Şeslar, 40. Svetlin, 68. Kuçis, 90+5-pen. Nieto, 97. İlk oyun – 0:1.

“Rapid” (Avstriya) – “Borats” (Bosniya və Herseqovina) 2:1 Qollar: Belyo, 70. Şaub, 96 – Oqrineç, 66. İlk oyun – 1:1.

“Yurqorden” (İsveç) – “Pafos” (Kipr) 3:0 Qollar: Fallenius, 35. Stensson, 69. Nquen, 86. İlk oyun – 0:1.

“Vitoriya” (Portuqaliya) – “Betis” (İspaniya) 0:4 Qollar: Bakambu, 5; 20. Antoni, 58. İsko, 80. İlk oyun – 2:2.

“Fiorentina” (İtaliya) – “Panatinaikos” (Yunanıstan) 3:1 Qollar: Mandraqora, 12. Qudmundsson, 24. M.Kin, 75 – İoannidis, 81-pen. İlk oyun – 2:3.

“Legiya” (Polşa) – “Molde” (Norveç) 2:0 Qollar: Morişita, 34. Qual, 108. İlk oyun – 2:3

“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka) 1:0 Qol: Dyusberi-Holl, 55. İlk oyun – 2:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər