KL: "Olimpik Marsel" PAOK-a, "Lester Siti" PSV-yə rəqib oldu

KL: "Olimpik Marsel" PAOK-a, "Lester Siti" PSV-yə rəqib oldu

Bu gün Avropa Konfrans Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılıb. 

Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki püşkatma saat 18:00-da başlayıb.   Tədbirdə həmçinin, final matçının nominal meydan sahibini müəyyənləşdirmək üçün püşkatma keçirilib.   Püşk nəticəsində “Bodo Qlimt” “Roma”ya, “Feyenoord” Praqa “Slaviya”sına, Marsel “Olimpik”i PAOK-a, “Lester Siti” isə PSV-yə rəqib olub.   1/4 final matçları aprelin 7-də və 14-də, yarımfinal oyunları aprelin 28-də və mayın 5-də olacaq. Final qarşılaşması isə mayın 25-də, Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada oynanılacaq.   Avropa Konfrans Liqası 1/4 final   1. Budyo Qlimt (Norveç) - Roma (İtaliya) 2. Feyenoord (Niderland) - Slaviya (Praqa, Çexiya) 3. Olimpik Marsel (Fransa) - PAOK (Yunanıstan) 4. Lester Siti (İngiltərə) - PSV (Niderland)   Yarımfinal   1. 4-cü cütün qalibi - 1-ci cütün qalibi 2. 2-ci cütün qalibi - 3-cü cütün qalibi   Final   1-ci yarımfinal cütünün qalibi - 2-ci yarımfinal cütünün qalibi  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər