Portuqaliyanın "Belenenseş" klubunun üzvü Kay Azərbaycandan təklif alıb. Fanat.az xəbər verir ki, Kape Verde yığmasının üzvü klublarımızdan birinin maraq dairəsinə düşüb.
Lakin mərkəz müdafiəçisinə dəvət göndərən klubumuzun adı açıqlaqmır. Azərbaycanla yanaşı, Kaya Anqola və Yunanıstan klublarından da təklif var.
Qeyd edək ki, tam adı Karluş Daniel Silveyra da Qrasa olan mərkəz müdafiəçisi 2007-2012-ci illərdə Portuqaliyanın "Tourizense", "Tabuense", "Aljustrelense" və "Operario" klublarında top qovub. 2012-ci ildə "Belenenseş"ə transfer olunan Kay 42 oyunda 6 qol vurub. O, cari mövsümdə cəmi 3 oyunda meydana çıxıb.
26 yaşlı mərkəz müdafiəçisi Kape Verde yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsində 4 oyun keçirib.
Fanat.az