"Real"ın baş məşqçisi Karlo Ançelotti "Milan"a geri dönə bilər. Fanat.az xəbər verir ki, bu barədə italyan mütəxəssis özü açıqlama verib.
İtaliya mətbuatına danışan Ançelotti 2001-2009-cu illərdə başçılıq etdiyi komandanın çalışdırmağa həmişə hazır olduğunu bildirib: "Niyə geri dönməyim? Orda çalışmağı hər zaman istəmişəm".
Qeyd edək ki, 1987-1992-ci illərdə "Milan"ın formasını geyinən Ançelotti 2001-2009-cu illərdə komandanın baş məşqçisi olub. Bu müddətdə o, komandaya İtaliya çempionluğunu (1 dəfə), ölkə kubokunu (1), Super Kubokunu (1), Çempionlar Liqasını (2), Avropa Super Kubokunu (2) və klublararası dünya çempionluğunu (1) qazandırıb.
Fanat.az