Bolqarıstanın "Botev" klubunun üzvü Ferebori Dore karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, 25 yaşlı hücumçu ölkəmizlə yanaşı, Türkiyədən də təklif alıb.
Qeyd edək ki, Dore "Botev"ə yayda transfer olunub. O, bu komandada 14 oyun keçirib və 7 qol vurub. Ferebori əvvəllər Fransanın "Anje" və Rumıniyanın "Petrolul" klublarında top qovub. Konqo yığmasının üzvü olan forvard bu komandada "Qarabağ"ın hücumçusu Ulriş Kapolonqo ilə birlikdə çıxış edib.
Fanat.az