Julius Vobay Azərbaycana qayıdır

Julius Vobay Azərbaycana qayıdır
"Neftçi" daha bir futbolçusunu geri qaytarmaq qərarına gəlib. Fanat.az xəbər verir ki, "Sumqayıt"a icarəyə verilən oyunçulardan başqa "ağ-qaralar"ın daha bir üzvü geri dönəcək.
Belə ki, baş məşqçi Nazim Süleymanov Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klubunda icarə əsasında çıxış edən Julius Vobayın dönüşünü istəyib. Artıq bununla bağlı ərəblərlə danışıqlar aparılıb.
Qeyd edək ki, Vobay "Əl-Şaab"da 9 oyun keçirib (791 dəqiqə) və 1 qol vurub. "Neftçi" qışda "Sumqayıt"dan Slavik Alxasovu, Ruslan Qurbanovu, Kərim Diniyevi və Elşən Abdullayevi geri qaytaracaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər