İtaliya Super Kuboku "Milan"a qismət oldu - VİDEO

İtaliya Super Kuboku "Milan"a qismət oldu - VİDEO
İtaliya Super Kuboku uğrunda oyun keçrilib. Fanat.Az xəbər verir ki, qarşılaşma "Milan" və "Yuventus" arasında baş tutub.
Super Kubok matçı Milan təmsilçisinin qələbəsi ilə başa çatıb. Qətərin paytaxtı Dohada baş tutan matçın əsas və əlavə hissəsi 1:1 hesabı ilə yekunlaşıb. Qalib oyunsonrası penaltilər nəticəsində müəyyənləşib. Nəticədə "Milan" 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Milan" 6-cı dəfə İtaliya Super Kubokunu qazanıb. "Yuventus" isə 8-ci dəfə bu kuboku muzeyinə aparmaq şansını boşa verib.
Milan - Yuventus 1:1 (penalti - 4:3)
Qollar: Cakombo Bonaventura, 38 - Corco Kyellini, 13.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər