İsrail - Macarıstan oyununda azərbaycanlı hakim

İsrail - Macarıstan oyununda azərbaycanlı hakim

FIFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. Fanat.az xəbər verir ki, iyulun 25-də keçiriləcək İsrail - Macarıstan qarşılaşmasının yan xətt hakimlərindən biri Abbasov olacaq. 

Oyunu şotlandiyalı FIFA referisi Kevin Cohn Klansi idarə edəcək. Digər laynsman Gilfi Mar Siqurdsson (İslandiya), dördüncü hakim isə Xavyer Estrada Fernandesdi (İspaniya).

Xatırladaq ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər