İslamiada: Azərbaycan millisinin ilkin heyəti açıqlandı

İslamiada: Azərbaycan millisinin ilkin heyəti açıqlandı

Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ağırlıqqaldırma üzrə Azərbaycan millisinin ilkin heyəti müəyyənləşib.

Fanat.Az Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Konya-2021”də qadınların yarışında Nazilə İsmayılova (45 kq), Elnarə Abbasova (71 kq) və Anastasiya Mum (76 kq). 

Kişilərin mübarizəsində isə Tehran Məmmədov (61 kq), İsa Rüstəmov (67 kq), Paşa İbrahimli (73 kq), Füqan Əliyev (81 kq), Kamran İsmayılov (89 kq), Dadaş Dadaşbəyli (102 kq) və Əli Şükürlünün (109 kq) iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunlarında ağırlıqqaldırma yarışları avqustun 11-15-də keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər