İslamiada: Azərbaycan millisinə texniki qələbə verildi

İslamiada: Azərbaycan millisinə texniki qələbə verildi

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, millimiz turnirin təqviminə uyğun olaraq bu gün Bakı vaxtı ilə saat 18:00-da İran yığması ilə qarşılaşmalı idi. Lakin rəqib komanda turnirə gəlmədiyi üçün oyun baş tutmayacaq və yığmamıza texniki qələbə veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi B qrupundakı ilk matçında Səudiyyə Ərəbistanına 0:1 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər