“İnter”in keçmiş oyunçusu “Milan”ın baş məşqçisi oldu

“İnter”in keçmiş oyunçusu “Milan”ın baş məşqçisi oldu

İtaliyanın “İnter” klubunun keçmiş oyunçusu Sinişa Mixayloviç “Milan”a baş məşqçi təyin olunub. 46 yaşlı serbiyalı mütəxəssis İtaliya klubu ilə 2 illik müqavilə imzalayıb. O, bu postda istefa göndərilən Filippo İndzaqini əvəzləyəcək.    

“Milan” başa çatan İtaliya çempionatında 10-cu yeri tutub. Sinişa Mixayloviçin baş məşqçisi olduğu “Sampdoriya” isə ötən mövsümdə  A seriyasını 7-ci yerdə başa vurub.//Modern.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər