Türkiyə mətbuatı “Qalatasaray”ı Türkiyə yığmasına dəyişən Fatih Terim haqda yeni xəbərlər yayıb. Fanat.az xəbər verir ki, həmkarlarımızın iddiasına görə “Milan” Terimi baş məşqçi postuna gətirməkdə maraqlıdı.
Dünən “Fiorentina”ya məğlub olan milanlıların Alleqri ilə yolları ayırmağa hazırlaşdığı və “İmperator”la anlaşmağı planlaşdırdığı deyilir. İtaliya klubunun rəhbərliyinin türk çalışdırıcı ilə yaxın günlərdə görüşəcəyi də önə çəkilir.
Fanat.az