İlham Yadullayev: "Ümid edirəm ki, "Xankəndi" ilə matçda 3 xal qazanacağıq"

İlham Yadullayev: "Ümid edirəm ki, "Xankəndi" ilə matçda 3 xal qazanacağıq"

1-ci Liqanın ilk 2 turunda 1 xal qazana bilən MOİK növbəti çempionat matçını qonaq qismində "Xankəndi"yə qarşı keçirəcək. 

"Hərbçilər"in baş məşqçisi İlham Yadullayev Şamaxı OİK stadionunda reallaşacaq qarşılaşmadan nə gözlədiyi ilə bağlı fikirlərini Fanat.Az-a bölüşüb:

"Xankəndi" debütant olsa da, yaxşı komandadır. İkinci Liqada çempion olaraq Birinci Liqaya yüksələn rəqib heyətinə təcrübəli futbolçular cəlb edib. Baxmayaraq ki, əvvəlki iki görüşdə 1 xal əldə etmişik, biz bütün oyunlara qələbə üçün çıxırıq. Ümid edirəm ki, "Xankəndi" ilə matçda 3 xal qazanacağıq".

Qeyd edək ki, "Xankəndi" - MOİK oyunu sentyabrın 18-də baş tutacaq. Matçın start fiti 16:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər