Keysuke Honda karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Fanat.az xəbər verir ki, yaponiyalı futbolçu "Milan"la anlaşıb.
Bu barədə Milan klubunun vitse-prezidenti Adriano Qalliani açıqlama verib: "Honda artıq rəsmi olaraq bizim oyunçumuzdu. O, "Milan"da 10 nömrəli formanı geyinəcək. Honda yanvarın 3-də komandaya qoşulacaq".
Qeyd edək ki, "Milan" yapon futbolçunu transfer haqqı ödəmədən heyətinə qatıb. Çünki Hondanın Moskva ÇSKA-sı ilə müqaviləsi bu ayın sonunda başa çatır.
Fanat.az