Hollandiya yığması Azərbaycana görə Macarıstana gedəcək

Hollandiya yığması Azərbaycana görə Macarıstana gedəcək

Futzal üzrə Hollandiya millisi dünya çempionatının Azərbaycanla pley-off oyunlarından öncə yoldaşlıq matçı keçirəcək. Fanat.az xəbər verir ki, Marsel Losveldin baş məşqçisi olduğu komanda millimizlə oyunlara hazırlıq məqsədilə Macarıstana gedəcək.

Belə ki, Hollandiya yığması son Avropa çempionatının iştirakçılarından olan Macarıstan millisi ilə martın 15-də yoldaşlıq matçı keçirəcək. Bu oyun Mişkolts şəhərinin "Cenerali Arena"sında keçiriləcək.

Yeri gəlmişkən, Hollandiya yığmasının məşqlərinə Said Buzambu adlı futzalçı da dəvət olunub. O özünü göstərə bilsə, digər 14 oyunçu ilə birgə Macarıstana yola düşəcək.

Qeyd edək ki, Hollandiya ilə Azərbaycan martın 22-də və aprelin 12-də qarşılaşacaq. İlk oyun Hollandiyanın Almere şəhərində, təkrar matç isə Bakıda baş tutacaq. 2 oyunun nəticəsinə görə qalib olan tərəf bu il Kolumbiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər