Hazırda Türkiyədə oynayan futbolçularımızdan biri də Emin Mustafayevdi. Fanat.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi həvəskarlar liqasında çıxış edən "Karsspor"un formasını geyinir.
Emin komandanın əsas futbolçularından biri hesab olunur. O, ötən ilin oktyabrında forma geyindiyi komandanın heyətində 18 oyuna çıxıb. Bu müddətdə 1368 dəqiqə meydanda olan futbolçu 2 sarı vərəqə alıb.
"Karsspor" həvəskarlar liqasının I qrupunda çıxış edir. Eminin komandası qrupun autsayderlərindən hesab olunur. Belə ki, Kars klubu 14 komandanın iştirakı ilə keçirilən yarışda 23 turdan sonra 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşır (7 qələbə, 3 heç-heçə, 13 məğlubiyyət, top fərqi - 23:32). "Karsspor" son 3 turda "Bayburtspor", "Dersimspor" və "Beşirlispor"la qarşılaşacaq.
Qeyd edəka ki, Emin Azərbaycanda "Qarabağ", "Rəvan", "Sumqayıt" və MOİK-in formasını geyinib, 21 yaşadək futbolçulardan ibarət milli komandamıza dəvət alıb.
Fanat.az