"Bayern Münhen"in hücumçusu Harri Keyn yenidən İngiltərəyə qayıda bilər.
Fanat.Az Almaniya mətbuatına istinadən xəbər verir ki, onun xidmətində "Çelsi" maraqlıdır.
Xəbərə görə, Almaniya nəhəngi cari mövsümü titulsuz başa vuracağı halda, ingilis forvardın iş yerini dəyişmək ehtimalı artacaq.
"Bayern" Keyni 2023-cü ilin avqustunda, 95 milyon avro qarşılığında "Tottenhem"dən alıb. O, Münhen təmsilçisinin forması ilə bütün turnirlərdə 30 oyuna çıxaraq 29 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" portalı 30 yaşlı futbolçunun transfer qiymətini 110 milyon avro ilə dəyərləndirir. Harrinin"Bayern" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.