Batumi "Dinamo"sunun 90 illik yubileyinə həsr olunmuş 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında Gürcüstanda keçirilən turnir başa çatıb. Fanat.az xəbər verir ki, finalda iki Azərbaycan təmsilçisi qarşılaşıb.
Belə ki, həlledici matçda "İnter" və "Əlincə" üz-üzə gəlib. "Əlincə" 1:0 hesabıyla qalib gələrək turnirin qızıl mükafatçısı adını qazanıb. "İnter" isə vətənə gümüş medallarla qayıdır.
Fanat.az