Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"TuttoJuve": "Yuventus"un hücumçusu Duşan Vlahoviç artıq "Bayern Münhen"in əsas hədəfi deyil. Almaniya təmsilçisi "Tottenhem"in forvardı Harri Keynə elçi düşüb və ingiltərəli futbolçu üçün 90 milyon avro ödəməyə hazırdır.
"Gazzetta dello Sport": "Milan"ın hücumçusu Rafael Leaunun meneceri Jorje Mendeş futbolçunu "Real Madrid"ə təklif edib. Lakin kral klubu bu təklifə elə də isti yanaşmır. Belə ki, komandanın heyətində Leaunun mövqeyində çıxış edən Vinisius Junior kimi istedadlı gənc futbolçu var. Bundan əlavə, "Real" rəhbərliyi hazırda "Borussiya Dortmund"un futbolçusu Cud Bellingemin keçidində maraqlıdır.
"A Bola": "Mançester Yunayted" Portuqaliya millisinin hücumçusu Qonsalu Ramuş ilə maraqlanır. "Qırmızı şeytanlar" yayda "Benfika"nın forvardını transfer etməyə cəhd edəcəklər. Ancaq Ramuş uğrunda mübarizə elə də asan olmayacaq. Belə ki, 21 yaşlı futbolçunu PSJ də heyətinə cəlb etmək niyyətindədir.
Röya