Güləş üzrə dünya çempionatı Bakıda keçiriləcək

Güləş üzrə dünya çempionatı Bakıda keçiriləcək

17 yaşadək güləşçilər arasında dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Fanat.Az xəbər verir ki, qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Amman (İordaniya) və Braşovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Bakıya həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Xatırladaq ki, analoji yarış 2012-ci ildə də Bakıda keçirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər