Səşhur "Bleacherreport" saytı dünyanın ən pis simulyasiya edən 10 futbolçusunu müəyyənləşdirib. Siyahını təqdim edirik:
1. Rivaldo
Braziliya və Türkiyə arasında keçirilən DÇ-2002-nin matçında braziliyalı Rivaldo peşəkar aktyorların belə həsəd aparacağı "kino" çıxartmışdı.
2. Morten Pedersen
"Arsenal"la "Blekbern" arasında keçirilən Prkmyer Liqa matçında həmin vaxt "Blekbern"in formasını geyinən Morten Pedersen özünü yerə atmaqda bir az gecikincə məqsədinə çata bilməmişdi.
3. Anders Fostervold
"Molde" və "Stabaek" arasında keçirilən oyunda "Molde"inin oyunçusu Anders heç nə olmadan özünü yerə atmışdı. Lakin o, hakimi aldada bilməmişdi.
4. Aleksandr Əliyev
"Dinamo" və "Arsenal" arasında keçirilən Çempionlar Liqasının matçında Kiyev klubunun Azərbaycan əsilli futbolçusu Aleksandr Əliyev özünü yerə atsa da, hakim ona inanmamışdı.
5. Brian Karrasko
Çili və Ekvadorun U-20 yığmaları arasında oynayanan qarşılaşmada çilili Brian Karrasko zorla özünə qarşı kobudluq etdirib hakimdən cərimə zərbəsi almağa çalışmışdı.
6. Kile Lafferti
"Aberdeen" və "Reyncers" arasındakı Şotlandiya çempionatı matçında Kile Lafferti rəqibi ona toxunmadan özünü yerə atmışdı.
7. Fernando Torres
DÇ-2010-un İspaniya - Çili matçında ispan Fernando Torres özü özünü yerə yıxaraq cərimə zərbəsi gözləyincə gücülün vəziyyətə düşmüşdü.
8. Serxio Buskets
"İnter"lə "Barselona" arasında 2010-cu ildə keçirilən Çempionlar Liqası matçında "Barselona"lı Serxio Buskets özünü yerə atmış, amma maraq ona güc gəldiyindən gözucu hakimə baxmağa da vaxt tapmışdı.
9. Eşli Yonq
"Real Sosyedad"la "Mançester Yunayted" arasındakı Çempionlar Liqası matçında İngiltərə klubundan Eşli Yonq özünü gülünc şəkildə yerə atınca gülüş hədəfinə çevirilmişdi.
10. Yurgen Klinsmann
DÇ-1990-nın Argentina - Almaniya matçında almanların əfsanəvi futbolçusu Yurgen Klinsmann adına yaraşmayan şəkildə özünü yerə yıxaraq tənqidləri üzərinə çəkmişdi.
Fanat.az