DÇ-2014-ün püşkatma mərasimindən sonra ortaya yeni iddialar atılıb. Fanat.az xəbər verir ki, Fransa və İsveçrənin asan qrupa düşməsi müəyyən söz-söhbətin yaranmasına səbəb olub.
DÇ-2014-ə vəsiqəni play-off mərhələsində qazanan Fransa səfərdə uduzduğu (0:2) Ukraynanı evdə hakim səhvlərinin köməyi ilə 3:0 hesabı ilə yenərək mundiala bilet əldə etmişdi. Fransa və İsveçrə Ekvador və Honduras kimi zəif rəqiblərlə bir qrupa düşüb. Bu da müəyyən şübhələrə yol açıb. İki ölkənin asan qrupa düşməsində UEFA prezidenti Mişel Platini ilə FIFA rəhbəri Zepp Blatterin əli olduğu bildirilir. Hər halda, Platini fransız, Blatter isveçrəlidi.
Fanat.az