Fransada 87 futbolçu mərcə görə cəzalana bilər

Fransada 87 futbolçu mərcə görə cəzalana bilər
Fransada çox 87 futbolçu ilə bağlı araşdırma aparılır. Fanat.az xəbər verir ki, Liqa 1 və Liqa 2 klublarında top qovan bu futbolçular mərc oyunlarında iştirak edib.
Fransa Peşəkar Futbol Liqasının (LFP) prezidenti Frederik Tiries qurumun rəsmi saytına açıqlamasında 87 futbolçunun ötən il oyunlara pul qoyuluşu etdiyini bildirib. Prezident qeyd edib ki, həmin oyunçular buna görə İntizam Komitəsinə veriləcək. Futbolçuların adlarının gizli saxlandığı açıqlamada, onların hər hansı oyun alqı-satqısında iştirak etmədiyi də bildirilir.
Fransanın "Le Figaro" qəzeti isə yazır ki, həmin futbolçular ölkə və dünya səviyyəsində tanınmış ulduzlar deyil. Onlardan 14-ü ildə cəmi 500 avroluq pul qoyuluşu edib. Bu futbolçularla bağlı qərar iyulun 17-də veriləcək.
Qeyd edək ki, Fransa Futbol Federasiyasının qaydalarına əsasən futbolçuların mərc oyunlarında iştirakı qadağandı.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər