Fransa millisində ağır itki

Fransa millisində ağır itki

Fransa milli komandasının futbolçusu Matyu Debuşi 2016-cı il Avropa çempionatında iştirak etməyəcək. Fanat.az xəbər verir ki, bu barədə "L Equipe" nəşrinə müdafiəçinin çıxış etdiyi "Bordo" klubunun baş məşqçisi Ulrik Rame açıqlama verib. 

O, Debuşinin hazırkı zədəsinin xarakterinə əsasən, belə qənaətə gəldiyini bildirib.  31 yaşlı oyunçu müqavilə üzrə İngiltərə "Arsenal"ına məxsusdur. Təcrübəli futbolçu bu mövsüm "Bordo"nun heyətində 9 oyuna çıxıb. 

Qeyd edək ki, Avropa çempionatı iyunun 10-dan iyulun 10-dək Fransada keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər