"Barselona"nın baş məşqçisi Hans-Diter Flik La Liqada "Betis"lə oyunun (2:2) 66-cı dəqiqəsində kataloniyalıların qapısına təyin olunmuş penalti ilə bağlı hakimlə mübahisə etdiyi üçün meydandan qovulub. Fanat.Az xəbər verir ki, matçın hesabatında almaniyalı mütəxəssisin oyundan kənarlaşdırılmasına səbəb kimi Flikin qışqırması, jestləri və hakim Alexandro Munyisin qərarına etiraz etməsi göstərilib. Məlumatı "Mundo Deportivo" yayıbb. Bildirilib ki, bu epizod ən azı iki matçlıq diskvalifikasiya tələb edir. “Baş hakimə, hakim köməkçilərinə və ya dördüncü hakimə qarşı etirazlar, daha ciddi qayda pozuntusuna aid edilmədikdə, iki oyundan üç oyuna və ya bir ayadək müddətə diskvalifikasiya ilə cəzalandırılır”, – İntizam Məcəlləsində belə qeyd olunub. İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi Flikin cəzasını gələn həftə açıqlayacaq.
Flikin cəzası bilindi
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
10:33
12.10.2026
Həftəiçi oyunlar bu kanallarda- AFİŞA
Oxşar xəbərlər
Dünya futbolu
22:28
12.10.2026
“Barselona” Pedro Porronu transfer etmək istəyir
Dünya futbolu
22:26
12.10.2026
“Real Madrid” Bellinqemlə yeni müqavilə planlaşdırır
Dünya futbolu
16:45
12.10.2026
La Liqa komandasının baş məşqçisi qovuldu - RƏSMİ
Dünya futbolu
14:33
12.10.2026
Zeedorf tanınmış klubun baş məşqçisi oldu - RƏSMİ