Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında qadınların 200 m. məsafəyə brass üsulu ilə üzmə yarışlarında ilkin mərhələ geridə qalıb.
İkiqat Olimpiya çempionu Lilli Kinq ilk döngədə qaydaları pozduğuna görə diskvalifikasiya olunub. ABŞ yığması sonradan qərarla bağlı Beynəlxalq Üzgüçülük Federasiyasının (FINA) Apellyasiya jürisinə müraciət ünvanlasa da, onların tələbində haqsız olduğu bildirilib.
Beləliklə, Lilli Kinq yarımfinal sessiyasında iştirak edə bilməyəcək.
Fanat.az