Falkao "Çelsi"dən ayrılır

Falkao "Çelsi"dən ayrılır

"Çelsi"nin hücumçusu Radamel Falkao mövsümün sonunda komandadan ayrılacaq.

Qol.az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, klub rəhbərliyi "Çelsi"də icarə əsasında oynayan kolumbiyalı futbolçunun transfer hüququnu almağ niyyətində deyil.

Bu isə 30 yaşlı futbolçuya özünə yeni klub axtarmaq imkanı verib. Müqavilə ilə məxsus olduğu "Monako"ya qayıtmaq istəməyən Falkao "Roma"nın maraq dairəsinə düşüb. Lakin tərəflər maliyyə məsələsində razılığa gələ bilmirlər.

Qeyd edək ki, cari mövsüm İngiltərə Premyer Liqasında 10 oyun keçirən Falkao cəmi 1 qol vurub. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər