İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli UEFA-nın rəsmi saytına açıqlama verib. Fanat.az xəbər verir ki, italyan mütəxəssis AVRO-2016-nın təsnifat mərhələsinin H qrupunu dəyərləndirib:
"Xorvatiya və Bolqarıstan potensial olaraq birinci pilləni tuta bilər. Malta ilə bu yaxınlarda qarşılaşmışıq (DÇ-nin təsnifat mərhələsində) və bilirik ki, onlarla asan olmayacaq. Norveçin də yaxşı komandası var. Azərbaycanın özü də sürətlə tərəqqi edir. Düşünürəm ki, bizə asan qrup düşməyib. Əgər buradan çıxmaq istəyiriksə, təsnifata çox yaxşı hazırlaşmalıyıq. Belçika və İsveçrə ilə eyni qrupa düşməməyimiz yaxşı oldu. Lakin düşünmürəm ki, Xorvatiya heç kimin düşmək istəmədiyi bu iki komandadan zəifdi. Əslində, bizə heç də göründüyü qədər asan qrup düşməyib".
Fanat.az