FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş sayca 26-cı ənənəvi beynəlxalq turnir davam edir. Fanat.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci oyununu keçirib.
Nikolay Adamın rəhbərlik etdiyi yığmamız Çexiya ilə qarşılaşıb. Oyun çexlərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyununda Yunanıstanla qarşılaşmışdı və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. Komandamız qrupdakı son matçını ayın 8-də Yaponiyaya qarşı keçirəcək.
Azərbaycan - Çexiya 0:2
Qollar: Ştefan Danis, 61. Laço Takazç, 77.
Azərbaycan: 12. Ağaseyid Qasımov, 2. İlyas Səfərzadə, 4. Əfsər Məmmədov, 6. Yusup Xakimov, 7. Mahir Mədətov, 8. Mirkamil Həşimli (k) (19. Kama Benhur, 70), 9. Fəhmin Muradbəyli, 17. Elnur Cəfərov, 18. Təyyar Məmmədov, 20. Cem Fələk (16. Emin Zamanov, 46), 27. Bəhlul Mustafazadə.
Ehtiyat oyunçular: 1. Tolqa Şahin, 5. Renat Ağaverdiyev, 11. Ülvi İbazadə, 14. Şahban Cəbrayılov, 24. Yusif Nəbiyev.
Baş məşqçi: Nikolay Adam.
Çexiya: 16. Vit Nemrava, 3. Laço Takazç, 4. Marek Şişa (15. Yakub Şural, 64), 5. Martin Toml (k) (2. Martin Honiş, 46), 6. Petr Rıs, 7. Matey Xeleşiç (17. Petr Kodeş, 46), 8. İrji Kulxanek (13. Marek Kodr, 46), 11. Patrik Şik, 12. Marek Şotkovski (9. Yakub Mlçak, 46), 14. Yan Suxan, 18. Filip Zorvan (10. Ştefan Danis, 46).
Ehtiyat oyunçu: 1. Vorel Voytex.
Baş məşqçi: Miroslav Soukup.
Sarı vərəqələr: Cem Fələk, 35. Mahir Mədətov, 55 - Ştefan Danis, 68. Yakub Şural, 82.
Hakimlər: İvan Sidenkov, Konstantin Averyanov, Denis Savin, Nikolay Voloşin (Rusiya).
Hakim-inspektor: Nikolay Obyedkov (Rusiya).
Sankt-Peterburq. Peterburqski İdman-Konsert Kompleksi.
Fanat.az